Türkiyədən ABŞ-a çağırış: Yanlış siyasətdən imtina edin
Kateqoriya məlum deyil
"Vaşinqton Suriyadakı yanlış siyasətindən imtina etməlidir”.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Türkiyəni ittiham etmək əvəzinə Birləşmiş Ştatlar özünün yanlış siyasətindən imtina etməlidir. Qoy, onlar Amerika xalqı və konqreslə daha dürüst olsunlar”, - deyə türkiyəli nazir bildirib.
O qeyd edib ki, Suriyada terrorçulara silah tədarükü ABŞ qanunvericiliyinə ziddir.






