İran israilli iş adamlarını öldürmək istəyib - İsrail Baş Nazirliyi
Kateqoriya məlum deyil
İsrail rəhbərliyi İranın bəzi israilli iş adamlarını öldürmək istədiyi iddiasını irəli sürüb.
Sfera.az xəbər verir ki, İsrail Baş Nazirliyinin Mətbuat Bürosundan verilən yazılı şərhdə, "İran Kiprdə israilli iş adamlarını hədəf alan bir terror hücumu həyata keçirməyə çalışıb", - deyə bildirilib.
İsrail mətbuatında əvvəlki xəbərlərin əksinə olaraq, israilli milyarder Teddi Saqinin hədəflərdən biri olmadığı vurğulanıb.
İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərlərdə Saqinin rusiyalı ortağına olan borcları səbəbiylə bir neçə gün əvvəl sui -qəsddən son anda xilas olduğu iddia edilib.Əzizə Zeynal
Sfera.az





