“Məhəmməd Mirzəli cəzalandırılmalıdır” – Deputatdan açıqlama
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Cavanşir Paşazadə bu addımı konkret olaraq, satqınlıq adlandırıb:
"Bu gün xaricdə oturan bəzi şəxslər 44 günlük mühaibədəki qələbəmizi, ölkənin uğurlarını görməzdən gəlirlər. Bəzi gəncləri bir sıra ölkələrdə yoldan çıxarıb fərqli ölkələrin televeziyasına müsahibə verməyə təhrik edirlər. O insanlar ki, bloger adı altında yaltaq, satqın kimib erməni televiziyasına, mediasına açıqlama verir, onları heç azərbaycanlı hesab etmək olmaz. Onların verdiyi informasiya heç bir halda doğru ola bilməz. Müharibədən sonra və müharibə ərəfəsində prezident İlham Əliyev peşəkar səviyyədə dünya mediasına müsahibələr verdi, hərbi müxbirlər lazımı informasiyaları cəmiyyətə çatdırdı. Bax, jurnalisitika budur, hər şey göz önündə, dəqiq olaraq verilir".
Deputat erməni mediasına müsahibə verən gənclərin xarici kəşfiyyat qrupu ilə əlaqəli olduğunu qeyd edib: "Belə gənclər xarici kəşfiyyat qüvvələri tərəfindən həyata keçirilən məsələlərdir. Hansı partiya üzvü olur-olsun, əgər onun üzvü dövlət siyasətinə xələl gətirən addım atırsa o qanuni qaydada cəzalandırılmalıdır. Ali baş komandanın demədiyi, siyasətimizə aid olmayan məsələləri özlərindən uydurub danışırlar, bu yolverilməzdir. Belə halların olması bizim ziyanımızadır. Hamımız dövlət başçısını dəstəkləyib, onu yanında olmalıyıq".






