Ağdamda 5 nəfər minaya düşdü: ölü və yaralılar var
Kateqoriya məlum deyil
Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.
Sfera.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburiköçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.
Faktla bağlı araşdırma aparılır.
(Trend)






