Logo

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dağlıq Qarabağda müharibədən əvvəl çəkilmiş fotoşəkillər. Bölgədə müharibə başlayandan sonra Qarabağı tərk etməyə məcbur olmuş və müharibədən əvvəl Qarabağa səyahət etmiş izləyicilərimiz orda çəkdikləri fotoları BBC Azərbaycancaya göndəriblər.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Mehriban Mehriban

Şuşa, Cıdır düzü. 1987-ci ilin iyul ayı. Fotonu Mehriban adlı izləyicimiz göndərib.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Esmer Aliyeva

"Molla Pənah Vaqifin ağacdan oyma heykəli. Şuşa bazarına geden yolda yerləşirdi, yanında kitabxana və texniki peşə məktəbi yerləşirdi. Atam 1985-ci ildə çəkib bu fotonu," Əsmər Əliyeva.
Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Murad Gassanly

Hazırda Londonda yaşayan Murad Həsənli anası ilə birgə. Şuşa, 1981-ci il.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Emin Zeynalov

Emin Zeynalov atası və anası ilə birgə. Şəkil 1987-ci ildə Şuşada, Cıdır düzündə çəkilib.
Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Kemale Mammadli

"Böyük görünən qız mənəm. Şuşada səyahətdə son fotomuzdur. Atam, anam və bibimlə birgə. Həmin gün Şuşanın Tarix muzeyini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Natavanın özünü atdığı qayanı gəzib, İsa bulağına enmişdik. Bulağın yanında üçlük "Şuşanın dağları" mahnısını oxuyurdu. Çox gözəl xatirələrim var," hazırda İngiltərədə yaşayan Kəmalə Məmmədli yazır.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Nurlan Mammadov

Nurlan Məmmədovun göndərdiyi bu şəkil 1986 ci ildə Laçında, İsti suda çəkilib.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Murad Gassanly

"Sağda mən anamın qucağındayam. Soldakı Murad Vəzirov və ailəsidir. Vəzirovlar Qarabağın tanınmış ailələrindəndirlər. Murad Vəzirovun atası Süleyman Vəzirov Sovet dövrünün məşhur azərbaycanlı memarı olub," Murad Həsənli. Şəkil Malıbəylidə çəkilib.
Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR

Tural Sadikhov

Şuşa, Cıdır düzü, 1987-ci ilin avqust ayı. Şəkildəki azyaşlı Tural Sadıxovdur.

Müharibədən öncə Qarabağ belə idi - FOTOLAR
Nermin Belen

Foto 1991-ci ildə Şuşada, İsa bulağında çəkilib. Nərmin Belen anası və qardaşı ilə birgə./bbc azeri
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR