Nemtsovun qətlinin sifarişçiləri tapılıb - Putin
Kateqoriya məlum deyil
Boris Nemtsovun qətli ilə bağlı hər şey aydındır. İcraçılar və sifarişçilər tapılıb.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hüquq müdafiəçiləri ilə keçirilən görüşdə deyib.
"Mən bu barədə dəfələrlə həmkarlarımla danışmışam, sizə də demək istəyirəm. Siz bunu bilirsiniz. Peterburqlu olan məşhur Qalina Starovoytovanın qatilləri tapıldı və məsuliyyətə cəlb olundular. Nemtsonu qətli. Bu yaxınlarda bunu həmkarlarımla müzakirə etdim, ehtimal ki, orada dəqiqləşdirmələr lazımdır, amma ümumiyyətlə hər şey aydındır, icraçılar və sifarişçilər tapılıb”, - Putin bildirib.
Qeyd edək ki, rusiyalı siyasətçi Boris Nemtsov 2015-ci ilin fevralın 27-də qətlə yetirilmişdi. Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunmuşdu. (Axar.az)






