Logo

Millət vəkili Elnur Allahverdiyev seçicilərlə görüşdü

Millət vəkili Elnur Allahverdiyev seçicilərlə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyev Facebookdakı rəsmi səhifəsindən seçicilərinə müraciət ünvanlayıb.

Sfera.az millət vəkilinin sözügedən hesabat-müraciətini oxucularına təqdim edir:

"Dünən axşam dairəmizin Salatın Əsgərova küçəsinin bir hissəsi və 17-ci Nərimanov döngəsində olduq, seçicilərimizlə ayaqüstü görüş keçirib, hal-əhval tutub, fikir mübadiləsi apardıq. Sakinlərimizin gündəlik həyatı, gün-güzəranını bilmək üçün belə spontan, təsadüfi rastlaşmanın əvəzi yoxdur. Səmimi, sözün düzünü sevən və deyən "Sovetski" camaatı ilə ələxüsus.

Bu qonaqpərvərliyə, ürəyiaçıqlığa, xoşniyyətlilik və səmimiyyətə görə təşəkkür edirəm, əziz dostlar. Hər birinizə - ağsaqqal və ağbirçək sakinlərimizdən tutmuş, gənc, sadə vətəndaşlarımıza və körpə balalarımıza.

İnşallah, dövlətimizin dəstəyi, Yasamal Rayon İcra Hakimiyyəti və sosial tərəfdaşlarımızın köməkliyi ilə dairəmizdə sosial xarakterli aksiyalarımızı davam etdirəcəyik. Biz birlikdə güclüyük!”

Millət vəkili Elnur Allahverdiyev seçicilərlə görüşdü
Millət vəkili Elnur Allahverdiyev seçicilərlə görüşdü
Millət vəkili Elnur Allahverdiyev seçicilərlə görüşdü

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR