“Xarici səfirlər dedi ki, qaç, canını qurtar“ - Fərari prezident

“Xarici səfirlər dedi ki, qaç, canını qurtar“ - Fərari prezident
"Kitablarımı, dəftərlərimi və hətta başmaqlarımı özümlə götürə bilmədim".

Sfera.az  xəbər verir ki, bunu Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni bildirib.

Fərari dövlət başçısı hazırda Birləşmiş Ərəb Əmirliyindədir.

Əmirliyin Xarici İşlər Nazirliyi bu barədə bəyanat verib.

Qəni və ailəsinə humanitar səbəblə sığınacaq verildiyi bildirilib.

Əfqanıstanı tərk etdikdən sonra eks-prezident ilk açıqlamalarını verib: "Prezidentin qaçdığını söyləyən heç kimə inanmayın. Özümlə heç nə çıxarmadım, hətta Saraydan başmaqla çıxdım".

Əşrəf Qəninin sözlərinə görə, təhlükəsizlik işçiləri ona həyatı üçün təhdid olduğunu və sui-qəsdin gizləndiyini bildiriblər. "Beynəlxalq nümayəndələr mənə dedilər ki, getməsən, vəziyyət daha da pisləşəcək. Odur ki, ölkədən çıxmalı idim".
 
(yenisabah)

OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...