Xarici investorlar Azərbaycandan 1 milyard dollar aparıb

Xarici investorlar Azərbaycandan 1 milyard dollar aparıb
Bu ilin birinci yarısında ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2,3 milyard dollar olub. 

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, bunun 62,1%-i (1,4 milyard dollar) Azərbaycandan qeyri-rezidentlərə (xarici vətəndaşlara) ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsi (989,9 milyon dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyasından (əsasən beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlərdən (173,9 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlərdən (147,3 milyon dollar) və digər ödənişlərdən (126,6 milyon dollar) ibarətdir. 

2020-ci ilin birinci yarısı ilə müqayisədə xarici investorların Azərbaycandan əldə etdiyi gəlir 57 faiz artıb. Ötən ilin yanvar-iyun ayları ərzində əcnəbilər 631,3 milyon dollar ölkədən aparmışdı. Bu il repatriasiya məbləği 358,6 milyon dollar artıb.  

2020-ci ilin birinci yarısında qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər 170 milyon dollar, xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər 225,4 milyon dollar və digər ödənişlər 201,3 milyon dollar olmuşdu. Bu il faiz ödənişləri 74,2 milyon dollar azalıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...