No Image
No Image

Xarici diplomatlar Laçında “Güləbird” SES-də - FOTO

Xarici diplomatlar Laçında “Güləbird” SES-də - FOTO
Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.

Sfera.az xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər iştirakçıları Laçında "Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə tanış olublar.

"Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən ərazilərin mövcud və perspektiv elektrik təchizatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird” Su Elektrik Stansiyası bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

"Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda hosteldə boğularaq ölən qadınların fotoları

Bakının Səbail rayonunda dəm qazından iki nəfər ölüb.   Hadisə "İst hostel”in hamam otağında baş verib.   "İst hostel”də müştəri ol...

Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - DOSYE

Meliorasiya və Su Təsərrüfatının yeni sədri BRAVO-nun rəhbəri olub.   Prezident İlham Əliyevinin imzaladığı sərəncamla Azərbaycan Meliorasiya və Su Təs...

Sərnişinlərin nəzərinə! Qatarlar bu tarixlərdə işləməyəcək - RƏSMİ

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, aprel və may aylarında sərnişin qatarları həftəsonları (şənbə və bazar) hərəkətdə olmayacaq.   Sfera.az xəb...

İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN” şirkətini...

Cəmil Həsənlinin qızından detallı açıqlama: "Bir dəfə 400 manat verdi..." - FOTOLAR

Cəmil Həsənlinin qızı Günel Həsənli intim videosunun yayılması barədə detallı açıqlama yayıb. Sfera.az xəbər verir ki, G.Həsənli təfərrüatı yaymaqla bərab...

Ərəblərin ov etdiyi qoruğun direktor müavinindən səs-küylü məqalə - sensasion faktlar, şok etiraflar...

İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov ərəblərin adıçəkilən qoruq ərazisində ov etmələrindən bəhs edən məqalə yazıb. Məqalənin aktuallığ...