Xaricdə yaşayan 32 türk koronavirusdan öldü
13:37 / 25.03.2020
2998
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsini kədərə boğan açıqlama ilə çıxış edib.
Sfera.az xəbər verir ki, nazir xaricdə yaşayan 32 türkün koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Mövlud Çavuşoğlu xaricdə həyatını itirən Türkiyə Cümhuriyyəti vətəndaşlarının cənazələrinin ölkəyə gətirilməsinə hazırlıq görüldüyünü bildirib. (yeni sabah)