Xalqın sağlamlığı dövlətin diqqət mərkəzindədir

Xalqın sağlamlığı dövlətin diqqət mərkəzindədir
 
Bu gün koronavirus ( COVİD-19) pandemiyası bütün dünyanı sınağa çəkir, təhlükə yaradır. Belə gərgin dönəmdə möhtərəm prezidentimiz İlham Əliyevin güclü, qətiyyətli ,uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan bu təhlükəli vəziyyətdən ən az sayda itkilərlə çıxan ölkələr arasında yer aldı.Yoluxmanın qarşısının alınması üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər  sayəsində xalqımızın firavan həyatı təmin edildi.Məhz buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycan dövlətini örnək kimi göstərir. Çətin sınaq günlərində Prezident İlham Əliyev öz ölkəsində xalqının sağlamlığı naminə gördüyü işlərlə yanaşı növbəti bir uğura imza atdı. 
      Dünyanı cənginə alan pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə ümumi səyləri gücləndirməyin tərəfdarı kimi 120 ölkənin təmsil edildiyi zirvə konfransına sədrlik etdi.  Bu görüşün ciddi bir müstəviyə gətirilməsi çox böyük önəm kəsb etməsi və "COVİD 19 –a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransın koronavirusla mübarizədə effektiv rolu bu gün danılmazdır. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal problemlərin həllində və həmrəyliyin möhkəmləndirilməsində əhəmiyyətli olduğu anda ölkə prezidentinin təşəbbüsü ilə baş tutan zirvə görüşü təqdirəlayiq addımlardandır.
     İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə atdığı  ilklər  uğurla nəticələnərək dünya liderlərinin də  marağına səbəb olur.
   Prezident İlham Əliyevin   30.12.2019 – cu il tarixli sərəncamı ilə  gənclərin fərdi inkişafına təkan vermək ,onlarda sosial məsuliyyət hissini artırmaq , gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə məqsədilə 2020 –ci il "Könüllülər ili”elan edildi. Tez bir zamanda geniş vüsət tapan sağlam düşüncəli gənclər sosial həyata atılaraq öz fəallıqları , innovativ fikirləri , layihələri ilə seçildilər. Könüllülərin ictmai fəaliyyəti onlara zəngin təcrübə qazandırdı. İstər yerli, istərsə də beynəlxalq tədbirlərə qatılan bu gənclər ciddi uğurlu nəticələr əldə etdilər. Qısa zaman çərçivəsində könüllülük milli birlik və vətənpərvəlik məktəbinə çevrildi. Ümummili hərəkata çevrilib gəncləri vahid ideya uğrunda birləşdirdi. Pandemiya ilə mübarizə dönəmində də bu könüllülər sağlam düşüncələri , çeviklikləri ilə lazımi yerlərdə gərəkli mövqe tutaraq , xalqla bir olduqlarını nümayiş etdirdilər. Dövlətçilik prinsiplərinə söykənərək hər bir sahədə insanlara dəstək oldular.
Bütün gücünüzlə daima xalqın yanında olduğunuz üçün Sizə minnətdarıq , Cənab Prezident.

OXŞAR XƏBƏRLƏR

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...