“Xalq Sığorta” zərərçəkmişə dəymiş zərəri ödəmək istəmir - ŞİKAYƏT

“Xalq Sığorta” zərərçəkmişə dəymiş zərəri ödəmək istəmir - ŞİKAYƏT

Respublikamızda fəaliyyət göstərən sığorta şirkətlərinin yarıtmaz fəaliyyəti, ordakı özbaşınalıqla bağlı vətəndaş şikayətləri günü-gündən artır. Mətbuat və sosial mediya bu mövzuya dönə-dönə qayıdır.


Sfera.az xəbər verir ki, tanınmış jurnalist İradə Cəlil öz sosial şəbəkə hesabında"XALQ SıĞORTA” ilə bağlı tənqidi qeydlərini paylaşıb.

 

"Azərbaycanda sığorta şirkətləri vətəndaşları aldadır" deyəndə inanmırdım. Ta ki, yaxınımın başına iş gəlməyincə. Deməli "XALQ SIĞORTA" zərərçəkmişə dəymiş zərəri ödəmək istəmir və gülməli arqument gətirib. Hadisə 25.12.2019 da baş verib. Tanışım avtomobilində yol kənarında durubmuş. Kənardan gələn bir avtomobil ona çırpılır. Maşın ələ gəlməz vəziyyətə düşür. Şükür adama heç nə olmur.”


Jurnalist fikrini belə davam etdirib: "XALQ SIĞORTA" gəlib adamın avtomobilini qiymətləndirir. Dəymiş zərərə görə 1300 manat və ya avtomobilin təmirini təklif edir. Zərər böyük olduğu üçün yaxınım avtomobilin təmiri ilə razılaşır. İki aydır ki, adamın avtomobilini özünə qaytarmırlar. Ondan 2500 manata yaxın vəsait tələb edilir.Deməli zərər dəyəndə 1300 təklif edilirdi,amma avtomobil təmir edilddikdən sonra adamdan 2500 manat tələb edilir və vətəndaşın avtomobili özünə qaytarılmır.....”


Adıçəkilən sığorta şirkətini etibarsız addlandıran İradə Cəlil bu mövzuda geniş məqalə yazacağı anonsunu da verib öz durumunda: "Qısacası "XALQ SIĞORTA" etibarsız Sığorta agentliyi kimi yadımda qaldı. Hələ ətraflı məqalə də hazırlayacağam...”

 


OXŞAR XƏBƏRLƏR