Xalq artisti yenidən əməliyyat olunacaq

Xalq artisti yenidən  əməliyyat olunacaq
 

"Dizlərimdə biraz ağrılar var idi, sonradan həkimlər müəyyən etdilər ki, qığırdaqlarda yeyilmələr olub".

Sfera.az bildirir ki, bunu "Report"a açıqlamasında hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunan Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev deyib. 

Xalq artisti bildirib ki, diz qapağında yaranan ağrılardan sonra həkimə müraciət edib: "Yəqin ki, bu da yaşla əlaqədardır. Ona görə də işdən icazə alıb bura gəlmişəm. Hazırda müalicələrim davam etdirilir, həkimin yazdığı dərmanları da qəbul edirəm. Ən əsası odur ki, uğurlu əməliyyat keçirmişəm. Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm və narahat olmasınlar deyirəm. Hər şey yaxşıdır, qaydasındadır. Şükür Allaha ki, hələ ayaqüstəyəm.Təxminən, 4-5 günə Bakıya qayıdacağam". 

Xalq artisti bir müddət keçəndən sonra təkrar əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub. 

OXŞAR XƏBƏRLƏR

Sabah 36 dərəcə isti olacaq

İyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-şərq küləyi...

Bu dəfə sərtləşdirilmiş karantin rejimi belə olacaq

 Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçe...

SON DƏQİQƏ! "ARB24"ün 4 əməkdaşında koronavirus aşkarlanıb

  "ARB24" telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb. Bunu APA-ya "ARB Media Qrupu"nun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. Onun...

Təhsil nazirliyinin ekspertindən müəmmalı müəmmalı Qarabağ açıqlaması - FOTOFAKT

"Hədəf" Litseyinin direktoru Şəmil Sadiq facebook dostları ilə yazışmada sensasion hesab edilə biləcək şərh yazıb.    Şəmil Sadiq bundan öncə də q...

Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? — RƏSMİ

 Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy,...

SON DƏQİQƏ: Operativ Qərargah daha bir məlumat yaydı-48 saat ərzində...

  Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə g...