Xalq artisti: “Həkim söylədi ki, bir az da gecikdirsəydin, iflic olacaqdın”

Xalq artisti: “Həkim söylədi ki, bir az da gecikdirsəydin, iflic olacaqdın”

"Çox ağır əməliyyat keçirdim. Boynum tutulmuşdu. Onurğanın içindən gələn damarda problem var idi. Cərrahi müdaxilələrdən sonra özümü az da olsa, yaxşı hiss edirəm”.

Sfera.az bu sözləri oxu.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Sənətkar Türkiyədə keçirdiyi əməliyyatdan danışıb:

 

"Beş ildən çoxdur ki, həkimlərin qoyduğu yanlış diaqnoz səbəbi ilə səhv müalicə olunmuşam. Əməliyyatdan öncə əlim, qolum, ayağım keyiyirdi. Bir neçə il belimdəki ağrılarıma görə, müalicə olundum. Sən demə, müalicəmin heç bir əhəmiyyəti olmayıb. Çünki həkimlər mənə səhv diaqnoz qoyub və səhv müalicə aparıblar. Bütün problemlər boynumda idi. Beş ildir ki, getmədiyim xəstəxana, döymədiyim həkim qapısı qalmadı. Fizioterapiyaların da xeyri olmadı”.

"Həkim söylədi ki, bir az da gecikdirsəydin, iflic olacaqdın” - deyən Xalq artisti fikirlərini belə davam etdi:

"Əvvəl diaqnoz təyin edilməli, sonra da müalicə aparılmalıdır. Həkim dedi ki, belində problemin yoxdur. Yenə də min şükür. Həkim söylədi ki, kritik vəziyyətdə gəlmisən. Bir az da gecikdirsəydin, iflic olacaqdın. Qol, ayaq tutula bilərdi. Boyun incə və çox ağrılı yerdir. Ağrılarım indi azalıb. Ayaq üstə çox durmaq olmaz. Çalışıram ki, daha çox uzanım.

Əməliyyata heç bir xərcim çıxmadı. Əməliyyat və müalicə xərclərini Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz üzərinə götürdü. Sizin vasitənizlə onlara dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayevin Türkiyədə əməliyyat olunması xəbərini ilk olaraq Sonxeber.az saytı dərc edib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...