“WhatsApp”dan istifadəçilərini sevindirəcək 4 YENİLİK

“WhatsApp”dan istifadəçilərini sevindirəcək 4 YENİLİK
 

Azərbaycanda ən çox istifadə edilən şəbəkələrdən olan "WhatsApp” son yenilikləri ilə istifadəçilərini sevindirməyə hazırlaşır.

Sfera.az  xəbər verir ki, "WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək.

Sosial şəbəkə tətbiqetmənin istifadəsini asanlaşdırmaq və yaranan problemləri daha sürətli həll etmək üçün bu funksiyaları işə salacaq:

Qaranlıq rejim: Gələcək xüsusiyyətlərdən biri, "İnstagram” və oxşar tətbiqlərdə olduğu kimi "Qaranlıq rejim" xüsusiyyətidir. Tətbiqdə "Dark Mode” və qaranlıq bildiriş mesajları olacaq.

Özünü məhv etmə mesajı: Digər bir xüsusiyyət, özünü məhv etmə mesajıdır. Yeni funksiyanın işə düşməsindən sonra istifadəçilər artıq özünü məhvetmə mesajlarından istifadə edə biləcəklər. Hər kəs özünü "Inspector Gadget” kimi hiss edəcək. Hələlik bu funksiyanın necə istifadə ediləcəyi barədə ətraflı məlumat yoxdur.

Səssiz status yenilənməsi: Platformaya inteqrasiya ediləcək başqa bir yenilik, səssiz rejimə saldığınız insanların statusları da üzə çıxmayacaq. 

Baş ekran: "WhatsApp” yeni dövrdə başlanğıc ekranına sahib olacaq. Tətbiqi ilk dəfə "Splash Screen bir" adlı bu xüsusiyyət ilə işə saldıqda ekranda "WhatsApp” loqotipi görünəcək.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...