\"WhatsApp\"dan daha bir sürpriz

\

Dünyada gün keçdikçə daha sürətlə yayılan ani mesajlaşma sistemi olan "WhatsApp" daha bir yenilik ərəfəsindədir.

Sfera.az anspress-ə istinadən bildirir ki, mobil telefonlardan sonra indi də kompüterlər üçün xüsusi tətbiq hazırlanır. Çox yaxın zamanda tətbiq istifadəçilərin xidmətinə veriləcək. Yəni kompüter qarşısında oturaraq "WhatsApp"la səsli və görüntülü danışıq mümkün olacaq.  

"WhatsApp" bu proqramla bağlı hələlik hər hansı açıqlama verməyib. Amma onun daxil olduğu "Facebook"dan bu xəbər dolayısı yolla təsdiqlənib. 

Yeni tətbiq hazırda ən geniş istifadə edilən görüntülü danışıq proqramı olan "Skype"a rəqib ola bilər. Belə ki, eyni işi görən iki proqram arasında "WhatsApp"ın daha güclü olacağı istisna edilmir. Buna səbəb isə onun həm smartfon, həm də kompüterlərdə istifadəsinin daha asan olmasıdır. 

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, hazırda onun istifadəçi sayı milyonlarladır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...