Vüsalə Mahirqızı təkzib etdi: “Heç yerə getməmişəm...”

Vüsalə Mahirqızı təkzib etdi: “Heç yerə getməmişəm...”
"APA Holdinqdə heç bir dəyişiklik olmayıb, heç yerə getməmişəm, yerimdəyəm”.
 
Bunu Sfera.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, sadəcə olaraq, qurumda gənc rəhbərlər dəyişilib:

"Nurşən Quliyev mənim birinci müavinim idi, yenə də elədir. İndi də öz otağımdayam. Təəssüf ki, bizim bəzi həmkarlarımız elə özümüzə münasibətdə qeyri-peşəkardırlar. Bu məlumatı zəng edib məndən soruşmaq olardı, əlçatmaz adam deyiləm. APA Holdinq açıq qurumdur. Sabah insanlar həmin mətbuat nümayəndələrinin hansısa məmurla, qurumla bağlı yazılarına inanmamaqda haqlıdırlar. Dedi-qodunu, şayiəni kim yayıb bilmirəm, amma başqa həmkarlarımızdan da bununla əlaqəli müraciətlər olub və mən də cavab vermişəm”.

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatda iddia olunub ki, APA holdinqin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

"İstədiyimiz səviyyədə olmasa da, ballarda artım var" - Məleykə Abbaszadə

"Bu il 11-ci siniflərin imtahan nəticələrinin yüksək olacağını gözləyirdik, belə də oldu. Orta bal ümumilikdə 17 bal artıb".    S...

Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Bu gündən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.   Sfera.az xəbər verir ki, qasırğa öz təsirini gecə saatlarından etibarən göstərməyə baş...

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün SAXLANILDI

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd...

Türkiyə XİN: "Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq"

Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb.   Sfera.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqını...

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri İCRA ETDİLƏR

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən EFES-2024 beynəlxalq hərbi təlimlərində atəş fəaliyyətləri icra ediblər.   Sfera.az xəbər verir k...

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bu il gümüşün qiymətində müşahidə edilən artım sürəti qızıla nisbətən daha yüksək olub.  Sfera.az xəbər verir ki, sürətli artımın nəticəsində uzun 11 ...