Vladimir Putin: \"İlham Əliyevi Rusiya-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar\"

Vladimir Putin: \

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz.

Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...