“Visa”: Kart sahiblərinə qarşı kiber hücumlar çoxalır

“Visa”: Kart sahiblərinə qarşı kiber hücumlar çoxalır

"Son vaxtlar bankomatlara kiber hücumlar yox dərəcəsindədir, dələduzların hədəfində birbaşa kart sahibləri olur".

Sfera.az "Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda "Visa Token Service” texnologiyasının tətbiqinə həsr olunan tədbirdə "Visa” şirkətinin Ukrayna, MDB və Cənub-Şərqi Avropa ölkələrindəki rəqəmli həllər direktoru Oleksandr Stelmax bildirib.

"Əlbəttə, biz buna qarşı tədbir görürük, banklar və tənzimləyici qurumlarla birgə müştərilərə təlim keçirik. Təmassız kartlarla bağlı dələduzluq hallarının olmaması bizi çox sevindirir”, – "Visa” təmsilçisi deyib.

Xatırladaq ki, "Visa” şirkəti Azərbaycan bankları üzərinə aprel ayından etibarən yalnız təmassız, yəni NFS texnologiyası ilə işləyən kartlar buraxmaq öhdəliyi qoyub. Bircə toxunuşla bazarlıq edildiyi bu kartların içəridəki təmassız çip, PİN kodla təsdiqlənməyən təmassız əməliyyatda 50 manatlıq məhdudiyyətin tətbiqi, 4 santimetrlik məsafədə təsir gücü, nadir şifr sistemi kimi bir sıra qoruma səviyyəsinə malik olması sayəsində saxtalaşdırmaları az qala istisna olunur.

Tamamilə təhlükəsiz və rahat olan təmassız kartlar mobil telefon vasitəsilə hesablamalar kimi yeni inkişaf mərhələsinə çıxmaq deməkdir. "Visa”da mobil telefon vasitəsilə hesablaşmaların plastik kartla hesablaşmaları xeyli üstələyəcəyi qənaətindədirlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...