Vilyam Hacıyevin səhhəti ilə bağlı RƏSMİ CAVAB

Vilyam Hacıyevin səhhəti ilə bağlı RƏSMİ CAVAB
Ədliyyə Nazirliyi İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatları təkzib edib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin sağlamlıq durumunun pisləşməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

Ədliyyə Nazirliyinin tibb xidmətindən əldə olunan məlumata əsasən, koronavirus xəstəliyinə yoluxmuş V.Hacıyevin müalicəsi bu sahədə ixtisaslaşmış Dövlət Gömrük Komitəsinin Hospitalında davam edir və hazırda səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Məsələ ilə bağlı həmçinin, Hospitalın rəhbərliyi ilə əlaqə saxlanılaraq məlumat bir daha dəqiqləşdirilmiş və məlum olub ki, xəstənin müalicəsi, əksinə müsbət nəticə verdiyindən o, reanimasiyadan ümumi palataya köçürülmüş və sağlamlıq durumu daim həkim nəzarətində saxlanılır.

Bununla əlaqədar KİV-lərdə dəqiqləşdirilməmiş və yanlış məlumatların verilməsi ictimaiyyətdə ucuz sensasiya yaratmaq məqsədi daşımaqla yanaşı, xəstənin ailəsinə əsassız olaraq narahatlıq və mənəvi iztirab yaşadır.
 
(trend)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...