Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”
Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sfera.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə növbəti zərərçəkmiş şəxslər dindirilib.

Keçmiş məhkum olan zərərçəkmiş Taleh Şirəliyev ifadəsində deyir ki, mən rüşvət verməmişəm, sadəcə dövlət rüsumu ödəmişəm:
"Bələdiyyə sədri Mehman İsmayılov əmim oğludur. Mağazamla bağlı sənədlərimi o düzəldib. Onun sayəsində sərəncam verildi. Məndən rüşvət istəməyiblər. Öz xoşumla vermişəm. Sadəcə dövlət rüsumlarını ödəmişəm”. 

Prokuror istintaq materialındakı ifadəsinin elan olunmasını istəyib. Qaranlıq qalan ifadələrə münasibət bildirən Vilyam Hacıyev etiraz edib:

"Siz məcbur deyirsiniz ki, rüşvət verib. Düz deyil axı bu”. 
Zərərçəkmişin istintaqdakı ifadəsi elan edilir:

"Mağaza tikintisi üçün İH-ə müraciət etmişdim. Amma buna baxılmırdı. Mən Mehman İsmayılova dedim, o kömək etdi. Amma mənə dedi ki, 400 manat rüsum ödəməlisən. Bu pulu ödədikdən sonra sərəncam verildi və tikinti başlanıldı”. 

Vəkil danışıqlara etiraz edərək, şahidin yerinə ifadə verildiyini deyib. Zərərçəkmiş isə bunları əlavə edib:

"Mən deməmişəm baxılmayıb. Sadəcə vaxtı çox uzadırdılar. Xəstə adamam səbrim çatmırdı. Uzun illər məhkum olmuşam. Əsəblərim yerində deyil. Ona görə əmim oğluna tapşırdım. O da mənə rüsum ödəməyimi dedi. Bu qədər. Rüsumu da yarı-yarı ödəmişəm”.

Qeyd edək ki, müşahidələr nəticəsində məlum olur ki, zərərçəkmişlərin istintaqdakı ifadəsi ilə məhkəmədə verilən ifadələr arasında ziddiyyətli məqamlar çoxdur.

Məhkəmənin növbəti iclası mayın 16-na təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub./Lent.az/

OXŞAR XƏBƏRLƏR

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...