Villasının görünməməsi üçün liseyin pəncərələrini hördürən icra başçısından daha bir addım – FOTO

Villasının görünməməsi üçün liseyin pəncərələrini hördürən icra başçısından daha bir addım – FOTO
 

Tərtərin icra başçısı Müstəqim Məmmədovun yaşadığı ev əvvəllər Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının qərargahı olub. 

Sfera.az .az xəbər verir ki, bina 90-cı illərdə tikilib və 1998-ci ilə qədər orada əmanət bankı yerləşib.

Daha sonra bina YAP-ın yerli təşkilatına verilib. 2016-cı ildə isə təşkilat yeni qərargaha köçüb. Bundan sonra Müstəqim Məmmədov binanı özəlləşdirərək, özünə ev edib. Binada o yenidənqurma işləri aparıb və bir mərtəbə artırılıb. Və həmin vaxtdan icra başçısı özəl mülkiyyətə çevirdiyi həmin villada yaşamağa başlayıb.

Məlumata görə, həmin ev Tərtərin mərkəzi ərazilərindən hesab edilən Nərimanov küçəsində yerləşir. Həmin küçədə yaşayış və inzibati binalar yerləşir.

"O ərazidə həyət evi yoxdur və heç vaxt olmayıb”, – deyə sakinlər bildirib.

İcra başçısı evinin kənarında "dayanmaq qadağandır” nişanı da quraşdırıb. Həmin ərazidə maşını saxlayan sürücü dərhal yol polisi tərəfindən cərimələnir.

Dünən məlumat vermişdik ki, icra başçısı evinin yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Müstəqim Məmmədov bu addımı evinin görünməməsi üçün atıb. Hazırda liseydə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Qərargahın villaya çevrilməsi zamanı çəkilmiş fotoları təqdim edirik:

(yenisabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...