Vilayət Eyvazov icra başçısının oğlunu işdən çıxardı - FOTO/VİDEO

Vilayət Eyvazov icra başçısının oğlunu işdən çıxardı - FOTO/VİDEO

Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.

Sfera.az  xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara, eləcə də dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı rayon icra başçısı Əziz Əzizovdur.

O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...