“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı – FOTO - VİDEO

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı – FOTO - VİDEO
"Veysəloğlu” Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu "Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb.

Şirkətlər Qrupundan verilən məlumata görə, görüşdə seçim turunda fərqlənən və yüksək nəticə göstərən 20 şagird (12 qız, 8 oğlan), eyni zamanda şirkət nümayəndələri iştirak edib. Dəyirmi masa ətrafında toplaşan layihə iştirakçıları şirkət nümayəndələri ilə gələcək hədəflərini və planlarını bölüşüblər. Tədbirin sonunda "Veysəloğlu” şirkəti dəstək olduğu şagirdlərə hədiyyələr təqdim edib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu "Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb. Layihə çərçivəsində Sabunçu rayonunda aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinin hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərir.

 

Xatırladaq ki, "Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər ki, bu yolda da "Veysəloğlu” şirkəti onlara dəstək göstərir.












OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...