“Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Yeni tikililərdə çıxarış problemi

“Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Yeni tikililərdə çıxarış problemi
Daşınmaz əmlak alarkən vətəndaşların üzləşdiyi əsas problemlərdən biri də yeni tikililər üçün "kupça”ların verilməməsidir. Bir neçə ildir ki, tikililərə çıxarışların verilməsi ilə bağlı müvafiq işlər görülsə də, hələ də xeyli sayda tikilidə problem aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinin büdcəyə və vətəndaşlara küllü miqdarda maddi ziyan vurduğunu bildirib:

"İllərdir ki, yeni tikilən binalara çıxarışın verilməsi problemli məsələyə çevrilib. Bu problemin həlli ilə bağlı 2019-cu ildə prezidentin tapşırığı ilə 400 yeni tikili binaya çıxarış verildi. Hətta həmin ili bəzi binalar var idi ki, onlar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi.  Lakin bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikintiyə başlanılır. Amma tikinti bitdikdən sonra çıxarışın alınması məsələsi müşkülə çevrilir.  Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Belə ki, binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir. Bundan başqa həm də vətəndaş öz mənzili üzrə qeydiyyata düşə bilmir”.

Ekspert xarci ölkə vətəndaşlarının ölkəmizdə daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun alınmadığını da vurğulayıb:

"Xarici ölkələrdən Azərbaycana gələn vətəndaşlar var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil ala bilmirlər. Mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Bu kimi problemlər aradan qalxsa, bütün mənalarda həm vətəndaşlar həm də dövlət büdcəsi qazana bilər”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...