“Vətəndaş vəsaitini niyə manatda saxlasın ki?” – Natiq Cəfərlidən devalvasiya xəbərdarlığı

“Vətəndaş vəsaitini niyə manatda saxlasın ki?” – Natiq Cəfərlidən devalvasiya xəbərdarlığı
"Hamıya aydındır ki, manat daha heç vaxt dollar qarşısında bahalaşmayacaq”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O, manatın uzun müddət sabit qalacağına inanmadığını vurğulayıb:

"Belə olan halda, vətəndaş sərbəst vəsaitini niyə manatda saxlasın ki? Hansı məntiqlə?! Gündəlik xərcliyini manatda saxlaya bilər. Bu doğrudur ki, cüzi məzənnə fərqinə görə uduzmasın, amma böyük məbləğdə "qara gün" üçün yığdığı və xərcləmədiyi pulu niyə manatda saxlasın? Nədən elə bilirlər ki, bu xalq sadəlövdür?! Xalq siyasətə qarışmasa da pul işini, gəlirini-xərcini yaxşı bilir”.

İqtisadçı qeyd edib ki, manatın məzənnəsini inzibati qaydada hələ 1-2 il də saxlaya bilərlər, amma sonra bu mümkün olmayacaq:

"Məzənnə məsələsi iqtisadi elmi nəzəriyyələrə söykənir, bu elmi yanaşmanı bir neçə il "zorlamaq" olar. Necə ki, 2005-2015 ci illər arası etdilər, sonra 3 dəfə devalvasiya yaşadıq. Amma sonda mütləq elm zora qalib gələcək”.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 31,5%-i əlindəki vəsaiti manatda saxlayır.  Sorğu iştirakçılarının 61,7%-i  ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...