Vəkil: \"Saakaşvilinin psixoloji yardıma ehtiyacı var\"

Vəkil: \
Qoridə hərbi hospitalda reabilitasiya keçən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

Sfera.az xəbər verir ki, bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixeil Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Saakaşvilinin anası Giuli Alasaniya da oğlunu ziyarət etdikdən sonra onun səhhətinin pisləşməsi barədə məlumat verib:

"Onun depressiyaya düşdüyü görünür. Mixeil bizim əvvəllər tanıdığımız kimi deyil".

Eyni zamanda, endokrinoloq Yelena Qiorqadze eks-prezidenti müayinə etdikdən sonra onun artıq yaxşılaşdığını bildirib. Endokrinoloqun sözlərinə görə, Saakaşvili beş dəqiqə ərzində xəstəxana dəhlizi ilə gəzə bilib.

Qeyd edək ki, Saakaşvili reabilitasiya olunmaq üçün noyabrın 20-də Qoridəki hərbi hospitala aparılıb. Əvvəllər o, aclıq aksiyası fonunda vəziyyətinin pisləşməsi ilə əlaqədar noyabrın 8-də həbsxana xəstəxanasında olub. Sabiq lider oktyabrın 1-də həbs olunduqdan sonra özünü siyasi məhbus hesab etdiyi üçün yeməkdən imtina etdiyini açıqlayıb. Son illərdə o, Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir. Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra ölkədə iki cinayət işi üzrə ona qarşı qiyabi hökmlər çıxarıldığı üçün həbs edilib. Birincidə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eks-prezident 2013-cü ildə ölkəni tərk etdikdən sonra ona qarşı ümumilikdə 4 cinayət işi qaldırılıb. Oktyabrın 20-də Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...