Vaşinqtonun Çinə qarşı yeni ittifaqı... - Sülhü, yoxsa müharibəni yaxınlaşdırır?

Vaşinqtonun Çinə qarşı yeni ittifaqı... - Sülhü, yoxsa müharibəni yaxınlaşdırır?
ABŞ, Böyük Britaniya və Avstraliya Sakit okean bölgəsində üçlük ittifaqı yaratdıqlarını bəyan ediblər. Məqsəd Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirməkdir.
 
Sfera.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skott Morrison arasında sentyabrın 15-də onlayn formatda keçirilən görüşü şərh edərkən deyib.

O bildirib ki, 3 ölkənin lideri ittifaqın yaradıldığını dünyaya onlayn formada elan ediblər.

"Bayden çıxışında birbaşa Çinin adını çəkmədən Hind və Sakit okean bölgəsində sülh və sabitliyin formalaşmasına çalışacaqlarını bildirib. Vaşinqton bu çərçivədə Avstraliyaya müasir texnologiyalar təqdim edəcək. Bunların arasında Amerikanın Avstraliyaya atom sualtı gəmi istehsalında yardımı da var. Buna baxmayaraq, Vaşinqton "nüvə silahının yayılmaması prinsipinə” sadiq qalaraq Avstraliyaya nüvə silahı verməyəcək.

Məsələ burasındadır ki, Çinin nüvə texnologiyalarına əsaslanan sualtı gəmilərinin sayı ildən-ilə artır və onlar ətraf ölkələr üçün təhlükə mənbəyidir. Ona görə də Amerika Avstraliyaya atom sualtı gəmilərinin istehsalında dəstək vədi verib. İl yarım ərzində həmin gəmilərin okeana buraxılması nəzərdə tutulub”.
 
Politoloq vurğulayıb ki, Avstraliyanın Baş naziri Skott Morrison Fransa ilə müqavilədən imtinasını belə izah edib ki, bölgədə vəziyyət sürətlə dəyişir:

"Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır. Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır. İkincisi, həmin gəmilər Amerika texnologiyaları əsasında nüvə texnologiyasına əsaslanacaq. Avstraliya Amerikadan uzaqmənzilli raketlər almağı da planlaşdırır. Bunun da hədəfi Çindir.
 
Pekin yeni formalaşan ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünü tənqid edib. Pekin yeni ittifaqı üçüncü ölkələrə qarşı (əslində özünə qarşı) yönələcəyini, bunun isə bölgədə yeni "soyuq müharibəyə” səbəb olacağını vurğulayıb. Bu arada, Vaşinqton Tayvanın ABŞ-dakı nümayəndəliyinin statusunu artırmağa qərar verib. Əvvəlki illərdə nümayəndəlik iqtisadi və mədəniyyət əlaqələri ilə məşğul olurdu. İndi isə nümayəndəliyin siyasi çəkisi artıb. Pekin buna da dərhal reaksiya verib. Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Amerikadakı nümayəndəliyin statusunun artırılmasını Tayvandakı radikal qüvvələrə yanlış işarə olacağı vurğulanıb.
 
Çin Tayvanı öz ərazisi sayır. Amerikanın siyasəti isə fərqlidir. Çinin bölgədə artan gücü yaxın gələcəkdə Tayvanın taleyini həll etmək iqtidarındadır. Bu baş verəcəyi halda bölgədə müharibə ehtimalı artacaq".
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...