Vaqif Əsədovdan sürücü və piyadalara XƏBƏRDARLIQ

Vaqif Əsədovdan sürücü və piyadalara  XƏBƏRDARLIQ
Sabah axşam saatlarından etibarən Bakıda hava kəskin dəyişəcək. Bu günlərdə yol hərəkəti iştirakçıları xüsusi olaraq diqqətli olmalıdırlar.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, hava şəraitindən asılı olmayaraq sürücülər məsuliyyətdən azad olunmurlar.
"Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən məlumat verirlər ki, Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, deməli, sürücülər buna hazırlıqlı olmalıdır.

İlk növbədə qarlı, şaxtalı, buzlu hava şəraiti olursa, yollarda sürüşmə ehtimalı artır deyə sürücülər şəxsi avtomobildən mümkün qədər az istifadə etməlidirlər. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir.

Belə havada avtomobil idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsini təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.

Sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən istifadə edilməsi qəzaya səbəb ola bilər. Sürücülər bilirlər ki, avtomobillərin hərəkətə gətirilməsi, dayandırılması və qurulması sürətlər qutusunun vasitəsilə həyata keçirilməlidir.

Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır. Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər.

Bakınıın Yasamal və Günəşli hissəsi hündür ərazilərdir. Eyni zamanda Biləcəri dikində sürücülər ehtiyatlı olmalıdırlar.

Bu ərazilərin hər zaman şaxtalı olması ehtimalı var. Yollar buz bağlayır və sürüşkən olur. Bu da avtomobilin hərəkətində maneələr yaradır. Sürücülər bu səbəbdən də son dərəcə diqqətli olmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...