Vaksinlərin təsirini azaldır - \"Mu\" ştammının ilkin əlamətləri

Vaksinlərin təsirini azaldır - \
Türkiyədə iki nəfərdə aşkar edilən koronavirusun "Mu” variantının əlamətləri açıqlanıb.
 
Sfera.az bildirir ki, bu barədə Ankara Universitetinin professoru İsmayıl Balık məlumat verib. 
 
Onun sözlərinə görə, yeni növün əsas xüsusiyyəti vaksinlərin təsirini azaltmasıdır: 

"Amma önəmli olan yeni variantın "Delta” ştammını ötüb-ötməməsidir. Ehtimallara görə, "Mu” da daxil olmaqla, yeni ştammlar "Delta”dan daha güclü və sürətlidir”.

Mütəxəssis qeyd edib ki, "Mu” variantının əlamətləri digər növlərdəki kimi qızdırma, öskürək və qoxu-dad itkisidir və hələ də yeni əlamət müşahidə edilməyib.
 
"Mu"dan qorunma yolları da digərləri ilə eynidir. Ən əsası, maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməkdir. Bu üç qaydaya əməl etsək, problem yaşayacağımızı düşünmürəm. Yeni ştammın öldürücü olub-olmadığı dəqiq bilinmir. Dünya üçün təhlükə törədəcəyi halda, peyvəndləmə prosesi sürətli formada 2-3 ay ərzində dəyişəcək. Hələ ki, "Mu” variantından qorxmaq lazım deyil”, - deyə İsmayıl Balık əlavə edib.

Xatırladaq ki, "Mu” variantına ilk dəfə Kolumbiyada rast gəlinib. ÜST-ün məlumatına görə, yeni ştamm indiyə qədər 40 ölkədə aşkar edilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...