Uşaqlarda immuniteti necə gücləndirmək olar?

Uşaqlarda immuniteti necə gücləndirmək olar?
 Bizə müraciət edən anaların soyuq aylarda əsas istəyi uşaqların tez-tez xəstələnməməsi, immunitetinin möhkəm olması ilə bağlıdır. Təəssüf ki, bu problem bir sirop və ya müalicə ilə həll edilən deyil.

Sfera.az bildirir ki, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb.

Bəs immunitetin möhkəm olmssı üçün nə etmək lazımdır?

Soyuq hava və xəstəliklərdən uşaqları necə qorumaq olar?

Pediatr, uşaqlarda immuniteti möhkəmləndirən faktorları belə sıralayıb:

İlk növbədə profilaktik peyvəndlərin vaxtında olunması.
Uşağın vaxtlı vaxtında pediatr müayinəsində olub, hər hansı bir somatik probleminin olmamasına diqqət edilməsi.
Uşağın sağlam qidalanması (balanslı, vitaminli, zərərli qida vərdişlərinin olmaması)
Uşagın vaxtında yatızdırılması (maximum axşam saat 22:30 uşaq artıq yuxuda olmalıdır)
Uşagın soyuq hava daxil, havada çox olması
Uşagın xəstə insanla təmasının önlənməsi

Uşagın qanında D vitamini səviyyəsinin aşağı olmaması
Tez-tez xəstələnən, allergik xəstəlikləri və ya başqa hər hansı bir risk qrupunda olan uşaqlara oktyabr aylarında qrip əleyhinə peyvəndlərin vurulması
Uşaqları stressdən uzaq tutmaq və s.Sağlam uşağın ildə 7-8 dəfə yuxarı tənəffüs yolu infeksiyasına tutulursa, hər dəfə bu xəstəliklər ağırlaşma ilə nəticələnmirsə normal haldır. Həkim uşağı müayinə edərkən çox az görülən problemi - anadangəlmə immun yetməzliyini ağlında tutmalı, şübhələnərsə, lazım olan müayinələri istəməlidir.
(e-tibb.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...