Uşaqlara hicab geyindirənlər cəzalandırılacaq? – “Yeni qaydada qaranlıq məqamlar çoxdur...”

Uşaqlara hicab geyindirənlər cəzalandırılacaq? –  “Yeni qaydada qaranlıq məqamlar çoxdur...”
Xəbər verdiyimiz kimi, "Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliyə görə uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Maraqlıdır, qərar özündə nələri ehtiva edir? Məcburiyyət anlayışına yaşı çatmayan uşaqlara hicab geyindirilməsi məsələsi də aid ola bilərmi? Sözügedən qaydaya əməl edilməzsə hansı cəzalar tətbiq edilə bilər?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Elşad Miri qanuna edilən dəyişikliyin aydın olmadığını bildirib. Müsahibimiz "məcburiyyət" anlayışının uşaqların həyatında bir çox məsələlərdə yer aldığını qeyd edib:
 
"Beynəlxalq hüquqda bir qayda var ki, valideynlər övladlarına öz dini yanaşmalarını çatdıra bilərlər. Yeni qayda bu baxımdan əvvəlki qayda ilə əlaqələndirilməlidir ki, arada ziddiyət var, ya yox. Ümumiyyətlə, uşağa dinin məcbur qəbul etdirilməsini kim necə müəyyən edəcək? Uşaqdan şikayət gələcək, yoxsa ətrafdakı şəxslər müdaxilə edəcək? Bu kimi məsələlərə aidiyyatı qurumlar tərəfindən aydınlıq gətirilməlidir.
 
İslamda məcburiyyət anlayışı yoxdur. Lakin uşağı məcbur etməsən məktəbə getməz, xəstə olanda dərman qəbul etməz və s. Çox güman ki, azyaşlı uşaqlara hicab geyindirilməsi məsələsi də sözügedən qayda ilə ziddiyət təşkil edəcək. Lakin uşaq özü könüllü olaraq bunu istəsə onda necə? Ümumiyyətlə yeni qaydada belə qaranlıq məqamlar çoxdur və ətraflı aydınlıq gətirilməsi lazımdır".

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə sual ünvanladıq. Sorğumuza hər iki qurumdan hələ ki, cavab yoxdur...

Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...