“Uşaqlar arasında virus geniş yayılıb, keçən ilin bu vaxtları belə deyildi” – Pediatr

“Uşaqlar arasında virus geniş yayılıb, keçən ilin bu vaxtları belə deyildi” – Pediatr
"Uşaqlar arasında mövsümi viruslar geniş yayılıb. Keçən ilin bu vaxtları vəziyyət belə deyildi".

Sfera.az xəbər verir ki, bunu pedaiatr Vaqif Qarayev deyib. Pediatr ötən ilin bu  vaxtları qapanmanın olmasına diqqət çəkib:

"Keçən ilin bu vaxtları uşaqlar məktəbə, bağçaya getmirdi. Qapanma olduğu üçün mövsümi xəstəliklər bu qədər yayılmamışdı. Mövsümi viruslardan qorxmaq lazım deyil.Yetər ki, vaxtında həkimə müraciət olunsun, xəstə uşaqlar bağçaya, məktəbə getməsin, adi gigiyenik qaydalara əməl olunsun".

V.Qarayev ailədə koronavirus xəstəsi olan uşaqlarla bağlı məsələyə də toxunub: "Ailədə koronavirus xəstəsi varsa, yaxud olubsa bunu həkimdən gizlətmək mənasızdır. Həkimə vaxtında və düzgün müalicənin aparılması üçün dəqiq məlumat verilməlidir".

Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR