Uşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlama

Uşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlama
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun Azvision.az -a verdiyi məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar yalandır. 

"Bu günlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!” 

Qeyd edək ki, yayılan məlumatlarda gələn aydan etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub. 


OXŞAR XƏBƏRLƏR