“Uşağım filan ayın filan günündə doğulmalıdır...” – Həkim qeysəriyyə əməliyyatlarının artmasına görə qadınları qınadı

“Uşağım filan ayın filan günündə doğulmalıdır...” – Həkim qeysəriyyə əməliyyatlarının artmasına görə qadınları qınadı
Son illər uşaqların təbi yolla yox, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməsi az qala dəb halını alıb.

Sağlamlığında problem olan qadınlar üçün qeysəriyyə məcburi olsa da, bəzi xanımlar üçün bu yol sadəcə, seçim şansıdır.

Sfera.az xəbər verir ki, pediatr Vaqif Qarayev bəzi xanımların  romantik olması ilə əlaqədar qeysəriyyə əməliyyatını seçdiyini bildirib:

"Qəribə vəziyyət yaranıb. Uşaqların əksəriyyəti cərrahi yolla dünyaya gəlir. İndi bilirəm, hamı həkimləri qınayacaq, amma elə deyil. Xanımlarımız çox romantik olublar. Düşünürlər ki, uşağım filan ayın filan günündə doğulmalıdır, vəssalam. Bu hava ilə yaşayan nə qədər desəniz gənc analarımız var, etməyin! Yəni bütün hallarda həkimi qınamaq düzgün deyi. Uşaq təbii yolla dünyaya gəlməlidir. Uşaq o zaman sağlam olacaq. Əməliyyat üçün tibbi göstərişlər var. Hamıda belə göstəriş olmur ki...”.

İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR