Unibankın dəstəyi ilə Paralampiya komandası dünya çempionatında çıxış edir

Unibankın dəstəyi ilə Paralampiya komandası dünya çempionatında çıxış edir
 
Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası  Dünya Çempionatında iştirak
edir. 7-17 oktyabr tarixlərində Avstraliyada keçiriləcək dünya çempionatında Azərbaycanı Güllə
atıcılığı üzrə paralimpiya yığma komandasının baş məşqçi Əkbər Muradovun rəhbərliyi ilə iki
idmançı - Yelena Taranova və Kamran Zeynalov təmsil edir. Bu yarış "Tokio 2020" VI Yay
Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandırır.
Komandanın dünya çempionatında iştirakına Unibank dəstək verir. Qeyd edək ki, Unibank
2020-ci ilədək Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının dəstəkçisidir. 3 illik rəsmi
tərəfdaşlıqla bağlı "Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə
imzalanıb. Bank 2020-ci ilədək milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda
rəsmi tərəfdaşı olmaqla yanaşı, komandanın inkişafına da dəstək verir.

OXŞAR XƏBƏRLƏR