Unibank rəhbərliyində yeni təyinat olub

Unibank rəhbərliyində yeni təyinat olub
 
Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə
Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti
sədrinin 1-ci müavini təyin edilib.
Qeyd edək ki, İqor Okayev bank karyerasına 2006-cı ildən "Unibank”da başlayıb. O, Bankın
korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda "Unibank”ın korporativ,
mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor
Okayevin kurasiyasındadır.

OXŞAR XƏBƏRLƏR