Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq

Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıda bir araya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sabiq prezidentlər martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə gələn ay Azərbaycana səfər edəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Ukraynanın 3-cü prezidentiViktor Yuşşenko Rusiya Federasiyasının sabiq dövlət katibi və baş nazirin müavini Gennadiy Burbulislə birgə forumda "Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru" adlı paneli təqdim edəcək. "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlər müzakirə ediləcək.

 

V Qlobal Bakı Forumunu Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həyata keçirir. Forumda Latviyanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun və digər ölkələrin hazırkı prezidentləri, eləcə də bir sıra tanınmış ictimai-siyasi xadimlər, elm adamlarının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Viktor Yuşşenko əvvəlki 4 forumda iştirak edib, L.Kravçukla L.Kuçma isə III Qlobal Bakı Forumuna qatılb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...