\"Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır\" - Ərdoğan

\
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan deyib: "Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

"Ukraynanı dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsində haqlı hesab edirik", - deyə Türkiyə rəhbəri əlavə edib.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın Ukraynanın vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.


OXŞAR XƏBƏRLƏR