Ukrayna Donbasa yeni “Bayraktar”ları yerləşdirdi

Ukrayna Donbasa yeni “Bayraktar”ları yerləşdirdi
Ukrayna Türkiyədən aldığı Bayraktar TB2 pilotsuz təyyarələrinin Donbasdakı Birgə Qüvvələrin əməliyyat bölgəsinə köçürməyə başlayıb. 

Sfera.az  xəbər verir ki, bu haqda məlumatı Rusiyanın mk.ru saytı yayıb. Məlumatda bildirilir ki, məhz bu pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemmlərinə yaxalanmayaraq Azərbaycan hərbçilərinə düşmənin Qarabağdakı zirehli maşınlarını, toplarını və hava hücumundan müdafiə sistemlərini effektiv şəkildə məhv etməyə imkan yaraıb.

 "Voennıy Obozrevatel” Telegram kanalının verdiyi məlumata görə, Ukrayna bu PUA-ları Kramatorskda yerləşdirəcək. Hesabatda qeyd olunur ki, orada artıq altı belə pilotsuz təyyarə var. Nəşr bu məlumatı heç bir şərh və nəticə bildirmədən dərc edib.

Bundan əvvəl bəzi mütəxəssislər Ukraynanın Azərbaycanın Qarabağdakı təcrübəsini qiymətləndirərək, Donbas və ya Krımda Bayraktar TB2 ilə əməliyyatlar keçirməyə cəhd göstərə biləcəyini istisna etməyiblər.
 

OXŞAR XƏBƏRLƏR