Ukrayna Co Baydenin Rusiyaya qarşı əsas silahıdır - Puşkov

Ukrayna Co Baydenin Rusiyaya qarşı əsas silahıdır - Puşkov
ABŞ-ın yeni prezidenti Co Bayden Ukraynanın köməyi ilə Rusiyaya qarşı aktiv mübarizəyə başlayacaq.

Sfera.az-ın məlumatına görə, Senator Aleksey Puşkov bildirib ki, Ukraynanı Rusiyaya qarşı daha çox "istifadə etmək” ABŞ prezidenti kimi Co Baydenin xarici siyasət istiqamətlərindən birii olacaq.
 
"Çox guman ki, o ( Co Bayden. - red.) Ukraynanı ABŞ-ın Rusiyaya qarşı kozlarından biri kimi istifadə edəcək. Özəlliklə də, ABŞ və Ukrayna arasında hərbi əməkdaşlıq güclənəcək, yəni, ABŞ-nın Ukrayna silahlı qüvvələrinə dəstəyi artacaq ", - deyə Puşkov mülahizə yürüdüb.

Senator etiraf edib ki, Bayden administrasiyası Ukrayna ərazisində Amerika hərbi bazası yaratmağa hazırlaşsa, təəccüblənməyəcək. Puşkov xatırladıb ki, az əvvəl Prezident Vladimir Zelenski Ukraynanın Qara və Azov dənizlərində iki hərbi bazanın inşası barədə danışmışdı.

"Ukraynalıların hərbi baza inşa etməkçün pulu olmadığını nəzərə alsaq, sözügedən tikintinin xaricdən maliyyələşdiriləcəyini düşünürəm. ABŞ bu bazalardan birinin inşasını maliyyələşdirmək üçün real namizəddir. Bir müddət sonra həmin baza ABŞ bazasına çevrikəcək",- deyə o, bildirib.

Mənbə: Ria. Novosti
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR