Uels millisində Azərbaycanla oyunöncəsi daha bir itki

Uels millisində Azərbaycanla oyunöncəsi daha bir itki

Uels millisi Azərbaycan və Macarıstan yığmaları ilə Avro-2020-nin seçmə mərhələ oyunları ərəfəsində daha bir futbolçusunu itirib. 

Sfera.az  xəbər verir ki, Nil Teylor qarşıdakı matçlar üçün elan edilən heyətdən çıxarılıb. "Aston Villa”nın (İngiltərə) formasını geyinən müdafiəçinin şəxsi işləri ilə bağlı oyunlarda iştirak etməyəcəyi bildirilir. 

Qeyd edək ki, ondan əlavə, yarımmüdafiəçilər Devid Bruks ("Bornmut”, İngiltərə), Co Uilyams ("Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon ("Suonsi”, Uels) zədə səbəbi ilə, Co Allen ("Stok Siti”, İngiltərə) isə cəzalı olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq.

Xatırladaq ki, Uels yığması noyabrın 16-da Bakıda Azərbaycanla, 3 gün sonra isə səfərdə Macarıstanla qarşılaşacaq.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR