Türkiyənin daha iki bölgəsində yanğın başladı

Türkiyənin daha iki bölgəsində yanğın başladı
Türkiyə meşə yanğınları ilə mübarizəni davam etdirir.

Sfera.az "NTV”yə istinadən xəbər verir ki, Antalya və Muğla ilə yanaşı, Isparta və Denizlidə də meşə yanğınları başlayıb.

Belə ki, Ispartada "Yazılı Kanyon Tabiat Parkı” adlı ərazidə meşəlik ərazidə səbəbi bəlli olmayan yanğın başlayıb. Küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılan yanğını söndürmək üçün bölgəyə briqadalar cəlb olunub. Hazırda yanğını nəzarətə almaq üçün əməliyyat gedir. 

Denizlidə isə Buldan adlı bölgədə başlayan yanğının söndürülməsi istiqamətində işlər görülür. Burada da yanğının hansı səbəbdən baş verdiyi hələ ki aydın deyil. 

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, son 6 gündə 31 bölgədə 129 yanğın nəzarət altına alınıb. 

O, bununla yanaşı əlavə edib ki, 4 vilayətdə 9 yanğınla mübarizə davam edir. Nazir əlavə edib ki, 16 təyyarə və 51 helikopter ilə havadan yanğına müdaxilə edilir. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə Muğlada 10 min sakinin təxliyyə edildiyini deyib. 

Təxribatla bağlı məlumatlara toxunan S. Soylu bildirib ki, 300-ə yaxın məlumat daxil olub və onların hər biri araşdırılır.

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...