Türkiyənin axtarışları nəticəsini verdi, böyük sərvət tapıldı

Türkiyənin axtarışları nəticəsini verdi, böyük sərvət tapıldı
Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə verib.

"Fatih” qazma gəmisi 170 milyard kub-metr təbii qaz yatağı aşkar edib.

"Fileleftheros” yunan nəşrinin xəbərinə görə, Baf adası sahillərində axtarış edən gəmi vəzifəsini uğurlu şəkildə tamamlayıb. Xəbər Avropa İttifaqı mənbələrinə istinadən verilib.

Həmçinin qeyd olunub ki, Türkiyənin ABŞ və Avropa İttifaqı tərəfindən sanskiyalara məruz qalması təhlükəsi onu geri addım atmağa məcbur edə bilməyib.

Cənubi Kipr Yunan Muxtariyyəti mediasına açıqlama verən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanların əməkdaşlıq etməyəcəyi təqdirdə, ölkəsinin enerji axtarışlarına davam edəcəyini deyib: "Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə sahib ölkə olaraq öz haqq və mənfəətlərini qoruyacaq. Ölkə olaraq dediyimiz sözləri meydanda həyata keçiririk. Beləcə, yunanların türkləri kənarlaşdıraraq enerji axtarışı aparmalarına öz addımlarımızla cavab veririk”.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin enerji axtarışlarını qanunsuz adlandırmış və bununla bağlı sanksiya tətbiq edəcəyini açıqlamışdı. (publika.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...