Türkiyənin 1 nömrəli musiqi kanalı Azərbaycanlı müğənninin şöhrətindən danışdı

Türkiyənin 1 nömrəli musiqi kanalı Azərbaycanlı müğənninin şöhrətindən danışdı

Türkiyənin 1 nömrəli musiqi televiziya və radio kanalı olan Kral Medya Qrupu və Kral FM Azərbaycanlı müğənninin şöhrətindən danışıb.


Kral FM aparıcısı və Türkiyənin ən məşhur radio DJ-i Ali Şentürk (Afrikalı Ali) müğənni Rəsul Əfəndiyevin populyarlığının çoxdan Azərbaycanı aşdığını dilə gətirib.


Türkiyəli aparıcı qeyd edib ki, izləyicilərin radyoda ən çox sevdiyi və eştitməyi arzu etdiyi müğənnilər sırasında Azərbaycanlı müğənni Rəsul Əfəndiyev də var.

Eyni zamanda Kral FM-dən bütün qardaş Azərbaycan xalqına salamlar göndərilib.


Qeyd edək ki, Rəsul Əfəndiyev gənc olsa da mahnıları dillər əzbəridir və sosial şəbəkələrdə milyonlarla baxışa malik olan sənətçilərdəndir.


Rəsul Əfəndiyev də özünün instagram səhifəsində Kral FM-ə, Ali Şentürkə və bütün Türkiyəyə təşəkkür və salamlarını bildirib.

 


 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR