Türkiyəni Aralıq dənizində müharibəyə çəkmək cəhdləri – Nə və niyə baş verir?

Türkiyəni Aralıq dənizində müharibəyə çəkmək cəhdləri – Nə və niyə baş verir?

Aralıq dənizinin şərq sahillərində Avropa İttifaqı ölkələrilə Türkiyə arasında ciddi gərginlik yaşanmaqdadır. Ərazidə Aİ-nin keçirdiyi əməliyyat çərçivəsində Türkiyəyə məxsus "Roseline-A" ticarət gəmisində qanunsuz axtarış aparılması qardaş ölkənin Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.


Yaranmış gərginlik Türkiyənin müharibəyə başlayacağını düşünməyə əsaslar verirmi? Ankaranın diqqətinin yeni münaqişəyə yönəlməsi Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər?


Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, yaranmış vəziyyət Türkiyə ilə Aİ ölkələri arasında müharibəyə gətirib çıxarmayacaq:


"Aralıq dənizinin şərq sahilləri ilə bağlı məsələdə Türkiyə ilə Avropa ittifaqı arasında geniş fikir ayrılığı mövcuddur. Bu məsələdə iki tərəf arasında yaşanan soyuq münasibət heç də müsbət irəliləyişlərə gətirməyəcək. Almaniya hərbçilərinin Türkiyə gəmilərinə basqını və Fransanın Aralıq dənizində qeyri-qanuni hərəkətləri təbii ki, Ankaranın regionda güclənən mövqeyinə qarşı yönəlib”.


Həmsöhbətimiz əminliklə vurğuladı ki, bütün hallarda Qərbin Ankaraya qarşı bu addımları mövcud vəziyyəti dəyişməyəcək, Türkiyə mövqeyindən geri çəkilməyəcək: "NATO ölkəsi olaraq Avropa dövlətləri də Ankara ilə əməkdaşlıqda maraqlıdır. Bu mənada Türkiyə ilə hər hansı bir formada əlaqələrin kəsilməsi Qərbin maraqlarına cavab vermir. Ümumyyətlə, Aralıq dənizi sahilində bu sayaq təxribatlar davamlı olsa da, Türkiyə öz mövqeyindən heç bir halda geri çəkilməyəcək”.

 

M. Əsədullazadənin fikrincə, yaranmış vəziyyət iki tərəf arasında heç bir müharibəyə səbəb olmayacaq: "Sadəcə, tərəflər bir-birinə qarşı əzələ nümayiş etdirir. Tərəflərin hər biri öz marağına uyğun yeni reallıq, nizam yaratmağa çalışır. Bu maraq toqquşmasında Türkiyənin öz mənafeyini daha ciddiliklə təmin etməkdə israrlı olduğunu görürük. Azərbaycana gəldikdə, o da Türkiyəyə tam dəstək verməkdə davam edəcək. Türkiyəyə qarşı başlanan bu təzyiq prosesi sonda Qərbin özünə qarşı bumeranq effekt verəcək”.


Politoloq qeyd etdi ki, Türkiyənin regional mövqeyinin güclənməsi həm də Azərbaycanın mövqeyinin güclənməsi deməkdir: "Türkiyənin yaranmış vəziyyətdə diqqətinin Aralıq dənizinə yönəlməsinə baxmayaraq, bunun Azərbaycana hər hansı mənfi təsiri olmayacaq. Əksinə, bölgəmizdə Türkiyənin mövqeyi daha da güclənəcək”.

 

 

Elçin

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...