Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq...”

Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq...”

Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi türk əsgərlərinin Qarabağda xidməti ilə bağlı qərar qəbul edib və qərar artıq təsdiqlənib.


Lakin qərar artıq iki həftədir ki, qəbul edilsə də icra edilmir. Maraqlıdır, türk əsgərlərinin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblər nələrdir? Əsgərlərin Azərbaycanda 1 ildən çox qalma ehtimalı varmı?


Məsələ ilə bağlı Sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib:



"Biz Cümhuriyyət Xalq Partiyası olaraq Qarabağa əsgərlərin göndərilməsi qərarının leyhinə səs verdik. Əslində qərar qəbul edildikdən dərhal sonra əsgərlərin Azərbaycana göndərilməsi lazım idi. Hazırda bu istiqamətdə hazırlıqlar davam etdirilir. Lakin məlum olduğu kimi bu məsələdə birbaşa səlahiyyətli şəxs ölkə başçısı Rəcəb Tayyib Ərdoğandır. Buradan çağırış edərək deyirəm ki, artıq əsgərlərin göndərilməsinin tam vaxtıdır.


Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır".


Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:


"Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır".

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...