Türkiyədə saxlanılan rusiyalı jurnalistlər azad olundu
17:03 / 07.12.2020
2116
İstanbul məhkəməsi Rusiyanın NTV telekanalının 2 əməkdaşını azad edib.
Sfera.az bildirir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Məlumata görə, hərbi müəssisədə qanunsuz çəkiliş aparmaqda təqsirləndirilən jurnalistlər məhkəmə zalından azad ediliblər.
Onların yaxın vaxtlarda Rusiyaya ekstradisiya olunacağı gözlənilir.