Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır

Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır
 Türkiyədə son sutkada koronavirusdan daha 16 ölüm qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 131 nəfərə çatıb. 

Bu gün koronavirusa 1 293 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 199 906 nəfərə yüksəlıb.

Nazir qeyd edib ki, son sutka ərzində 1 302 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 173 111 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

 Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətinin uzadılacağı gözlənilir. ...

Putin Sovet Konstitusiyasındakı "zaman bombası" haqda danışdı

Rusiya Prezidenti Vladimir Putin bildirib ki,Sovet Konstitusiyasında respublikaların SSRİ-ni tərk etmək hüququ haqqında "zaman bombası" vardı. Sfera.az-...

Yerin altındakı raket şəhərləri - Azərbaycan sərhəddində

İran Fars və Oman körfəzi sahillərində yerin altında raket komplekslərindən ibarət müdafiə sistemləri yaradıb. Sfera.az xəbər verir ki, bunu SEPAH-ın...

Nazir müavini yeni partiyasını yarıçılpaq şəkildə elan etdi - VİDEO

 Ötən il vəzifəsindən azad edilən Ukraynanın keçmiş infrastruktur nazirinin Aleksandra Klitina yeni partiya yaradıb. Sfera.az qaynarinfo-ya istinadən...

Bu ölkədə 15 nəfər saxta içkilərdən ÖLDÜ

 Qazaxıstanda 15 nəfər kustar üsulla hazırlanmış içki qəbulu nəticəsində ölüb. Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi...

Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçdi

 Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib. Sfera.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidm...